Amsterdamda şəhərin tarixi mərkəzinin yaxınlığında yerləşən, təxminən 150 yaşı olan Vondelkerk kilsəsi yanıb.
Oxu.Az xəbər verir ki, məlumatı "NL Times" qəzeti yayıb.
Yanğın gecəyarısından az sonra başlayıb. Nəticədə Vondelkerk kilsəsinin qülləsi uçub.
Amsterdam meri Femke Halsemanın sözlərinə görə, indi əsas məsələ yaxınlıqdakı sakinlərin təhlükəsizliyini və rifahını təmin etməkdir.
Fövqəladə xidmətlər tüstülənən közün şəhər mərkəzinə doğru uçduğunu bildirir.
Vondelkerk kilsəsi 1872-ci ildə tikilib. O, bir əsrdən artıq bir müddət ərzində katolik kilsəsi kimi fəaliyyət göstərib. Son vaxtlar binadan mərasim tədbirləri üçün istifadə olunub.