Amerikalı aktrisa Ancelina Coli Vatikanda Roma Papası ilə görüşüb. Bu barədə The Wall Street Journal məlumat yayıb.
Oxu.Az-ın xarici KİV-ə istinadən verdiyi məlumata əsasən, Coli “Qırılmaz” filmini rəsmi şəxslərə təqdim etmək üçün Vatikana gəlib. Dini qurumların nümayəndələri bildirib ki, film pozitiv mənəvi dəyərlərlə zəngindir.
“Qırılmaz” filmi uzun məsafəyə qaçan idmançı, İkinci dünya müharibəsinin veteranı Lui Zamperinin taleyindən bəhs edir. Filmin premyerası dekabrın 25-də olub.