Argentina Hərbi Dəniz Qüvvələrinə məxsus “San-Xuan” sualtı qayığı müəyyən edilmiş vaxtda ölkənin sahilinə çıxmayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə cümə günü, noyabrın 17-də, “Gaceta marinera” qəzeti məlumat yayıb.
1985-ci ildə Almaniyada inşa edilən sualtı qayığın göyərtəsində 44 ekipaj üzvü var. Son məlumata əsasən, San-Xuan Uşuayidən Mar-del-Platuya istiqamətlənib və San-Xorxe körfəzinin ərazisində yoxa çıxıb.
Axtarışlara Argentinanın hərbi gəmiləri və ölkə aviasiyası cəlb edilib.
S.B.
www.oxu.az