Hyuston şəhərində xəstəxanaya yerləşdirilən ABŞ-ın sabiq prezidenti Corc Buş tibbi müəssisənin reanimasiya şöbəsinə köçürülüb.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, onun vəziyyətinin stabil olduğu bildirilir.
NBC telekanalının məlumatına görə, 92 yaşlı C.Buş xəstəxanaya təngnəfəslik səbəbindən yerləşdirilib.
Qeyd edək ki, ABŞ-ın 41-ci prezidenti parkinson xəstəliyindən əziyyət çəkir və xüsusi kresloda hərəkət edir.
S.B.
www.oxu.az