Avropa İttifaqının (Aİ) Brüsseldəki binasında baş verən tüstülənmə nəticəsində əməkdaşlar zəhərlənib.
Oxu.Az xəbər verir ki, bu barədə Report TASS-a istinadən məlumat yayıb. Qeyd edilir ki, işçilər ehtiyat tədbiri olaraq binadan təxliyyə edilib.
Hadisə binanın mətbəxində ventilyasiya sistemində yaranmış texniki nasazlıq səbəbindən baş verib.
Qeyd edək ki, oktyabrın 19-20-də bu binada Avropa İttifaqına üzv dövlətlərin başçılarının sammiti keçiriləcək. Oktyabrın 13-də də Aİ-nin bu binasında eyni yerdə və eyni səbəbdən tüstülənmə baş vermişdi.
L.Ə.