Avropa yay mövsümü ərzində mayeləşdirilmiş təbii qazın idxalı üzrə mütləq rekord müəyyənləşdirib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-ın "Gas Infrastructure Europe"nın məlumatları əsasında hazırladığı hesabatda bildirilib.
Məlumata əsasən, aprel-oktyabr ayları ərzində mayeləşdirilmiş təbii qazın regiona tədarükü 76.5 milyard kubmetri ötüb.
Qeyd edilib ki, bütövlükdə ilin əvvəlindən mayeləşdirilmiş təbii qazın terminallardan qaz nəqli sisteminə tədarükü rekord səviyyədə qalır və artıq 110 milyard kubmetri üstələyib.