Avropada təbii qazın birja qiymətləri 1% artaraq, 1000 kubmetr üçün təxminən 385 dollar təşkil edib.
Oxu.Az xəbər verir ki, bu barədə Londonun ICE birjası məlumat yayıb.
Hələ fevralın ortalarında Avropada birja qazı xeyli baha idi - kotirovkalar son iki ildə ilk dəfə 1000 kubmetr üçün 630 dolları ötüb.
Keçən il Avropa birjasında qaz füçerslərinin orta dəyəri 386.5 dollar təşkil edib ki, bu da bir il əvvəllə müqayisədə 16.3% azdır. 2021-2022-ci illərdə qazın qiymətləri xeyli yüksək olub. Belə davamlı yüksək qiymətlər Avropada qaz qovşaqları mövcud olandan - 1996-cı ildən bəri müşahidə olunmayıb. 2022-ci ilin yazında qiymətlər hər 1000 kubmetr üçün 3 892 dollar olmaqla tarixi rekorda çatıb.