Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Avropanın ən təhlükəsiz avtomobilləri açıqlandı
"EuroNCAP" 2024-cü il üçün avtomobillərin müxtəlif siniflər üzrə ən təhlükəsiz modellərini açıqlayıb.
Oxu.Az auto.ru-ya istinadən xəbər verir ki, reytinqdəki əksər avtomobillər Avropa modelləri olsa da, Yapon və Çin istehsalı olan krossoverlər də daxil edilib. Bunlardan "Mazda CX-80" və "Zeekr X" xüsusilə diqqət çəkib. "Zeekr X" eyni anda iki kateqoriyada - ən təhlükəsiz kompakt krossover və elektromobil olaraq qiymətləndirilib. Göstəricilərinə görə, o elektrikli "Porsche Macan", "Volvo EX30" və "Toyota C-HR"i geridə qoyub.
Çinin beşqapılı krossoveri olan "Zeekr X" böyüklər və azyaşlı sərnişinləri 91% və 90% qoruyur. Elektron sistemlərinin işi 83%, piyadalara qayğı isə 84% səviyyəsində qiymətləndirilib.
Avropa bazarı üçün xüsusi olaraq hazırlanmış "Mazda CX-80" isə ən təhlükəsiz iri yolsuzluq avtomobili seçilib. Böyük ailə avtomobilləri arasında isə "Mercedes-Benz E-Class" lider olub.
"Avto-moto" teqi üzrə xəbərlər
- Tramp BMW-yə qarşı: Avtomobil nəhəngi zərərləri hesablayır
- Dünyanın ən nadir "Ferrari"lərindən biri satışa çıxarılacaq
- Avtomobil salonunu TOZDAN birdəfəlik qorumağın sirri - Mütəxəssisdən tövsiyələr
- Bərkimiş təkəri necə açmaq olar? - 6 sadə ÜSUL
- "Avtousta" - Təmirinin mümkünsüz olduğu deyilən elektromobillər: HƏQİQƏTLƏR və MİFLƏR