Sinqapurda oğullarına işgəncə verərək öldürən valideynlər 27 il müddətinə azadlıqdan məhrum edilib.
“Hürriyet” xəbər verir ki, beş yaşlı uşağın atası Ridzuan Mega Abdul Rəhmana 27 il həbs və 24 qırmanc cəzası verilib.
Azyaşlının anası Azlin Arujunah isə 28 il müddətinə azadlıqdan məhrum edilib. Sinqapur qanunlarına görə, qadınlara qırmanc cəzası verilmədiyindən, ona bu cəza tətbiq edilməyib.
Onlar beş yaşlı oğullarını pişiyin qəfəsinə qoyub onun üstünə 90 dərəcə istilikdə su tökərək ölümünə səbəb olublar.