Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Baltik dənizində növbəti sualtı kabel zədələnib
Baltik dənizində İsveç, Finlandiya, Litva və Almaniyanı birləşdirən daha bir sualtı kabel zədələnib.
Oxu.Az-ın SVT telekanalına istinadla məlumatına görə, bu barədə İsveçin mülki müdafiə naziri Karl-Oskar Bolin bəyan edib.
O, zədələnməni sahildən 160 km məsafədə lövbərdə olan Çin gəmisi ilə əlaqələndirildiyini qeyd edib.
"İsveçlə Litva arasındakı "NordBalt" kabeli yaxınlığında Çin yük gəmisi "Yi Peng 3"dən olduğu ehtimal edilən lövbər izləri aşkarlanıb", - deyə nazir vurğulayıb.
İstintaq gəmi heyətinin hərəkətlərinin qəsdən ola biləcəyini və gəmi kapitanının Rusiya xüsusi xidmət orqanları tərəfindən cəlb edilə biləcəyini düşünür.
Qeyd edək ki, bu, regionda sualtı kommunikasiyaların zədələnməsi ilə bağlı ilk hadisəsi deyil. 2024-cü ilin dekabrın 26-da Finlandiya sərhəd xidməti ölkəni Estoniya ilə birləşdirən "Estlink 2" sualtı elektrik kabelinin zədələnməsində şübhəli bilinən "Eagle S" tankerini saxlayıb.
Bundan əvvəl isə Baltik dənizində "C-Lion1" və "Arelion" rabitə kabelləri, həmçinin "Balticconnector" qaz kəməri zədələnib.
Estoniyanın Xarici İşlər Nazirliyi bu qədər tez-tez baş verən zədələnmələrin Rusiyanın "kölgə donanması"nın fəaliyyəti ilə bağlı ola biləcəyini bəyan edib.
Avropa İttifaqı son hadisəyə cavab olaraq yeni sanksiyalar vəd edib.
Rəylər