Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Baltikyanı ölkələr Ottava Konvensiyasından çıxdılar
Litva, Latviya və Estoniya Ottava Konvensiyasından çıxmaq qərarına gəliblər.
Oxu.Az xəbər verir ki, bu barədə Litvanın Müdafiə Nazirliyi məlumat yayıb.
"Martın 18-də Vilnüs vaxtı ilə saat 9:00-da Polşa, Litva, Latviya və Estoniya "Piyada əleyhinə minaların istifadəsi, yığılması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi haqqında Konvensiya"dan (Ottava Konvensiyası) çıxmaq barədə bəyanat veriblər", - deyə qurumun açıqlamasında bildirilib.
Nazirlik xatırladıb ki, Litva 2003-cü ildə Ottava Konvensiyasına qoşulub. Vilnüs 2025-ci ildə bu sazişdən çıxmaq qərarını dövlətin müdafiəsi sahəsində seçim imkanlarının məhdudlaşdırılması ilə əsaslandırıb.
Baltikyanı ölkələrlə yanaşı, Polşa da Ottava Konvensiyasından çıxdığını elan edib. Bundan əvvəl isə Finlandiya da konvensiyadan çıxmağı nəzərdən keçirib.