Litva piyada əleyhinə minaların istifadəsini qadağan edən Ottava Konvensiyasından çıxdığı barədə BMT-ni rəsmən xəbərdar edib.
Oxu.Az -ın xəbərinə görə, bu barədə Litvanın xarici işlər naziri Kestutis Budris "X" sosial şəbəkə hesabında paylaşım edib.
O qeyd edib ki, rəsmi Vilnüs Rusiyanı Avropa üçün əsas uzunmüddətli ekzistensial təhlükə hesab edir.
Bundan əvvəl isə Ottava Konvensiyasının denonsasiyası haqqında qanun Polşa Seymi tərəfindən təsdiqlənib.
Xatırladaq ki, Finlandiya, Polşa və Baltikyanı ölkələrin piyada əleyhinə minalardan istifadə etməklə Rusiya ilə sərhədləri boyu müdafiə xətləri yaratmağa hazırlaşdıqlarına dari məlumat yayılmışdı.