Britaniyanın BBC telekanalı şahzadə Yevgeniyanın toy mərasiminin canlı yayımında səhvə yol verib.
Oxu.Az xəbər verir ki, yanlışlıq şərhçinin sözlərinin subtitr sistemi tərəfindən düzgün verilməməsi üzündən olub.
İdman müxbiri Olli Beyliss özünün “Twitter” səhifəsində yazıb ki, subtitr sistemi şərhçinin “Necə də gözəl geyimdir! Ona çox yaraşır” sözlərini efirə “Necə də gözəl sinədir. Ona çox yaraşır” kimi verib.
Either the subtitles machine is broken or BBC News are getting rather personal about Princess Eugenie.😮😳#RoyalWedding pic.twitter.com/oFrlK2cMuX
— Ollie Bayliss (@Ollie_Bayliss) 12 октября 2018 г.
Qeyd edək ki, şahzadə Yevgeniya kralıça II Yelizavetanın nəvəsidir. Onun toyu oktyabrın 12-də olub.