İraqın şimalında keçirilən referendumun ilkin nəticələri açıqlanıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, İraqın şimalındakı yerli hökumətin referendum və seçkilər üzrə Ali Müstəqil Komissiyasının məlumatına görə, seçkilərdə iştirak edənlərin 93%-dən çoxu regionun müstəqilliyinin lehinə səs verib.
Məlumata görə, hazırda seçicilərin 9 faizinin səsi hesablanıb.
Seçicilərin cəmi 6,71%-i regionun müstəqilliyinin əleyhinə səs veriblər. Hesablamalar davam edir və buna görə nəticələrin dəyişəcəyi ehtimal olunur.
Rəsmi nəticələr sentyabrın 28-də açıqlanacaq.
N.H.