Bu ilin yanvar-avqust aylarında Azərbaycan 4.45 milyon ABŞ dolları dəyərində 5 min 484 ton "Aİ-92" markalı avtomobil benzini ixrac edib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 9%, kəmiyyət olaraq - 15% azdır.
Azərbaycan Gürcüstana 2.77 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3.4 dəfə artıq) 3 min 414 ton (+3 dəfə) və Ermənistana 1.59 milyon ABŞ dolları dəyərində 1 min 951 ton (bir il əvvəl tədarük olmayıb) və Tacikistana 95.7 min ABŞ dolları dəyərində 119.7 ton (bir il əvvəl tədarük olmayıb) benzin satıb.
Bu il son 16 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Tacikistana tədarük həyata keçirilib.
Hesabat dövründə Azərbaycan 2.89 milyon ABŞ dolları dəyərində (-95.5%) 3 min 919 ton (-95.3%) "Aİ-92" benzini idxal edib.
Azərbaycan Rusiyadan 2.56 milyon ABŞ dolları dəyərində (-94.7%) 3 min 414 ton (-94.6%) və İraqdan 328.3 min ABŞ dolları dəyərində 505.1 ton benzin alıb.
Bu il son 16 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İraqdan tədarük həyata keçirilib.