“Faytonçu” ləqəbli ilə tanınan müğənni Nazim Pişyari müayinə üçün Türkiyəyə yollanıb.
Oxu.Az xəbər verir ki, ifaçı bu barədə sosial şəbəkədə məlumat yayıb. O bildirib ki, səhhəti normaldır.
“Müayinə olundum, nəticə əla oldu. Mən tamamilə sağlamam”, - deyə ifaçı yazıb.
Xatırladaq ki, Nazim öd kisəsindən əməliyyat olunub. Həkim səhvi nəticəsində o, 4 dəfə əməliyyat keçirib, daha sonra yanlış olaraq ifaçıya xərçəng diaqnozu qoyulub. Maddi və mənəvi zərbə alan müğənni həkim Elman Əzimovu məhkəməyə verib.
A.S.
www.oxu.az