Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Böyük Britaniyanın yeni baş naziri vəzifəsinin icrasına başladı - FOTO
Böyük Britaniyanın hakim Mühafizəkarlar partiyasının yeni lideri Rişi Sunak Kral III Çarlzdan hökumət qurmaq mandatı alıb.
Beləliklə, Sunak ölkənin baş naziri vəzifəsinin icrasına başlayıb.
Bukingem sarayında keçirilən audiensiya mərasimindən görüntülər monarxın mətbuat xidməti tərəfindən yayımlanıb.
İndi 42 yaşlı Sunak baş nazirin Dauninq-stritdəki iqamətgahına yollanacaq və burada Böyük Britaniya xalqına müraciətlə çıxış edəcək.
Rişi Sunak 8 sentyabrda kral taxtına oturan III Çarlz tərəfindən təsdiqlənən ilk baş nazir olub.
Mənbə: TASS
"Kral III Çarlz" teqi üzrə xəbərlər
- Ekrandakı monarx: III Çarlz sənədli filmdə baş rolu oynayacaq
- "Formula-1" komandasının rəhbərinə orden və fəxri ad verildi
- Kral III Çarlzdan Şahzadə Uilyama evliliyi ilə bağlı vacib məsləhət: "Mən etdim, sən etmə"
- Kraliça Kamilla mühüm tədbirdə iştirakdan imtina edib
- Britaniyanın kral sarayı üç il müddətinə bağlanacaq
Ən çox oxunanlar
Rəylər