Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Böyük texnologiya brendləri İranı tərk edir
Dünyanın ən nəhəng texnologiya markaları İranı tərk edir.
"Azad İran" "Telegram" kanalı bu barədə İran KİV-ə istinadən xəbər verir.
Belə ki, böyük texnologiya brendləri beynəlxalq sanksiyalar və ABŞ-nin təzyiqləri səbəbindən İran bazarını tərk edib.
Məlumata görə, iri texnoloji şirkətlərin tədricən İran bazarını tərk etməsindən sonra, IBM, HP və "Apple" kimi brendlər də artıq fəaliyyətlərini məhdudlaşdırıb. Bildirilib ki, bu yaxınlarda İranı boykot edən brendlər arasına "Asus" və "Lenovo" kimi digər böyük şirkətlər də qoşulub.
Kompüter Texnologiyası Birliyinin rəhbəri Məhəmmədrza Fərəci Tehrani də məsələni təsdiq edib və sanksiyaların İranın texnologiya bazarına təsirini vurğulayıb. O, İT avadanlıqlarının idxalı ilə bağlı çətinliklərə toxunaraq, problemin dolayı yollarla həll edilməsinə çalışdıqlarını söyləyib.
"İran" teqi üzrə xəbərlər
- Hikmət Hacıyev: "İranla əlaqələrimiz yüksək səviyyədədir"
- Xameneinin ailə üzvü: "İran ABŞ-ni təhrik etmək istəmir"
- İsrail Qəzzada iranlı jurnalisti həbs edib
- İranın keçmiş prezidenti İbrahim Rəisinin həyat yoldaşı vəzifəsindən uzaqlaşdırıldı
- Azərbaycana qarşı sərsəm fikirlər səsləndirən Qəzvinin cümə imamı vəzifəsindən uzaqlaşdırıldı
Rəylər