Braziliyada içində dörd nəfərin, o cümlədən müğənni Jeraldu Antoniu di Karvalyunun olduğu helikopter ölkənin cənubundakı Santa-Katarina ştatında yoxa çıxıb.
Bu barədə Oxu.Az "G1" xəbər portalına istinadən məlumat verir.
Məlumata görə, sentyabrın 21-i axşam helikopterlə əlaqə kəsilib, xilasedicilər və hərbçilər onun axtarışına başlayıblar.
Qeyd edilir ki, helikopterin yoxa çıxdığı ehtimal edilən ərazidə yağış, güclü külək və duman olub.
Helikopterin göyərtəsində həmçinin sahibkar, videooperator və pilot da olub.
Jeraldu Antoniu di Karvalyu "Rick & Renner" duetinin tərkibində "Rik" səhnə adı ilə çıxış edir. Onlar adətən "Braziliya kantrisi" adlandırılan sertaneju janrında musiqilər ifa edirlər.