Rusiya MN Böyük Britaniyanın Hərbi Hava Qüvvələrinin Rusiyanın altı Su-24 taktiki bombardmançısını Qara dəniz üzərində NATO sərhədləri yaxınlığında geri döndərməsi haqqında bəyanatını şərh edib.
Oxu.Az-ın xəbərinə görə, Müdafiə nazirliyindən bildiriblər ki, Qara dəniz akvatoriyası üzərində Rusiya HHQ-ə məxsus 4 təyyarə təlim uçuşları keçirib, lakin onların arasında Su-24 təyyarəsi olmayıb.
20.30
Böyük Britaniyanın Hərbi Hava Qüvvələri Rusiyanın altı Su-24 taktiki bombardmançısını Qara dəniz üzərində NATO sərhədləri yaxınlığında geri döndərdiyini bildirib.
Bu barədə Oxu.Az “İnterfaks”a istinadla xəbər verir.
Qeyd olunur ki, Rusiya təyyarələrinin qarşısını kəsmək üçün havaya Rumıniyada dislokasiya olan “Eurofighter Typhoon” qırıcıları qalxıb. Britaniya qırıcıları yaxınlaşdıqda Rusiya təyyarələri geri, Krım yarımadası istiqamətinə dönüblər.
Rumıniyadakı “Mixail Koqelniçanu” hərbi bazasında Britaniyaya məxsus cəmi 4 “Typhoon” yerləşir. Əməliyyatda onların neçəsinin iştirak etməsi barədə məlumat verilmir.