Avropa Xarici Fəaliyyət Xidməti (AXFX) Rusiyanın Avropa İttifaqı (Aİ) yanında daimi nümayəndəliyinin müvəqqəti işlər vəkilini çağırıb.
Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti" Avropa Komissiyasının nümayəndəsi Anvar Əl-Anuninin açıqlamasına istinadən məlumat yayıb.
Brüssel öz demarşını Moskvaya qarşı şübhələrlə əsaslandırır. Belə ki, Avropa rəsmiləri Rumıniyanın hava məkanında qeydə alınan pilotsuz uçuş aparatlarının (PUA) hərəkətliliyində Rusiya tərəfinin iştirakı olduğunu iddia edirlər.
Qeyd edək ki, iki gün öncə Rumıniya rəhbərliyi PUA-larla əlaqədar baş vermiş hadisələrə görə rusiyalı bir diplomatın ölkədən çıxarılmasını tələb etmişdi.
Həmçinin bu ilin may ayında Rumıniyanın Qalats şəhəri ərazisinə dronun düşməsi səbəbindən Aİ rəhbərliyi Moskvanı kəskin şəkildə qınamışdı.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə avropalı siyasətçilərin səsləndirdiyi bu iddiaları diqqəti əsas məsələlərdən yayındırmaq cəhdi kimi qiymətləndirib.