CAR-ın şimali-şərqində iki sərnişin qatarının toqquşması zamanı xəsarət alanların sayı 242 nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Er24” təcili tibbi yardım xidmətindən bildiriblər.
“Tembisdə toqquşmadan sonra ümumilikdə 242 yaralı xəstəxanalara çatdırılıb”, - xidmətin “Twitter” səhifəsində qeyd edilib.
Daha öncə bazar ertəsi CAR-ın şimali-şərqində iki sərnişin qatarının toqquşması barədə məlumat yayılmışdı. Məlumata görə, toqquşma nəticəsində bir nəfər ölüb və 200-ə yaxın şəxs yaralanıb.
Toqquşma ölkənin şimali-şərqində Qautenq əyalətində baş verib.
N.O.
www.oxu.az