Rusiyada Çeçenistanın İşxoy-Yurt kəndində yaşayış binasının eyvanının çökməsi nəticəsində ən azı 84 nəfər xəsarət alıb.
Oxu.Az RBK-ya istinadən xəbər verir ki, bu barədə respublikanın səhiyyə naziri Adam Alxanov bildirib.
Onun verdiyi məlumata görə, 43 yaralı xəstəxanaya yerləşdirilib, onlardan ikisi reanimasiya şöbəsindədir.
Qeyd olunub ki, hadisə matəm mərasimi zamanı baş verib. Şahidlərin dediklərinə görə, bir neçə insan şəxsi evin taxta eyvanından mərasimə baxdığı anda eyvan çöküb.
Çeçenistan Prokurorluğu hadisə ilə bağlı araşdırmaya başlayıb.