Gürcüstanın Daxili İşlər Nazirliyi Siqnaxi rayonunda Türkiyəyə məxsus hərbi təyyarənin baş verdiyi ərazini əhatəyə alıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, qəza yerində axtarış-xilasetmə işləri davam etdirilir.
Qeyd olunub ki, bir neçə nöqtədə polis postları yaradılıb, yerli və xarici media nümayəndələrinin hadisə yerinə yaxınlaşmasına icazə verilmir.