Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Cənub okeanının soyuması paradoksu həll edildi
Stanford Universitetindən olan ABŞ alimləri Antarktida ətrafındakı suların iqlim modellərinin proqnozlarına zidd olaraq niyə soyuduğunu izah edən mexanizmi aşkar ediblər. Məlum olub ki, mövcud hesablamalarda kifayət qədər nəzərə alınmayan ərimə suyu və yağıntılar əsas rol oynayır.
Oxu.Az xəbər verir ki, tədqiqat "Geophysical Research Letters" (GRL) elmi jurnalında dərc edilib.
Son 40 il ərzində Cənub okeanı davamlı soyuma tendensiyası nümayiş etdirib, halbuki qlobal iqlim modelləri onun istiləşməsini proqnozlaşdırır.
Yeni tədqiqat göstərib ki, bu uyğunsuzluq buzların sürətli əriməsi və yağıntıların artması nəticəsində yaranan "şirin su qapağı" ilə əlaqədardır.
"Okeanın üst qatı daha az duzlu və sıx olur, bu da onun daha isti dərin sularla qarışmasına mane olur", - tədqiqatda bildirilir.
"İqlim dəyişikliyi" teqi üzrə xəbərlər
- Buz təbəqələrinin sürətlə əriməsinin dünyaya fəlakətli nəticələri açıqlandı
- İqlim dəyişikliyi ilə mübarizə sahəsində problemlərin həlli üçün istilik xəritəsi hazırlanır?
- Alimlər xəbərdarlıq edir: 40 ildən sonra Yer kürəsində buz dövrü başlayacaq
- Avropada ölümcül göbələk yayıla bilər
- Yeni Antarktida: Xəritənin göstərdikləri ən soyuqqanlı insanları belə təlaşa salır