Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Cənubi Koreya müxalifəti prezidenti vətənə xəyanətdə ittiham etdi: İmpiçment hazırlanır
Cənubi Koreyada müxalifət partiyaları ölkə Prezidenti Yun Sok Yolu hərbi vəziyyət elan etməsi səbəbi ilə vətənə xəyanətdə ittiham edib və ona qarşı impiçment elan edilməsi üçün vəsatət qaldırıb.
Oxu.Az-ın "Əl-Cəzirə" nəşrinə istinadən xəbərinə görə, dekabrın 4-də altı müxalifət partiyası qanun layihəsini parlamentə təqdim edib. Daha əvvəl isə müxalifət Yolu uğursuz sərəncam səbəbindən istefaya getməyəcəyi təqdirdə, prosesi başlayacağı ilə hədələmişdi. Belə ki, sərəncam ölkədə gecə xaotik səhnələr ortaya çıxarıb, qanunvericilər Milli Assambleyaya girmək və onun əleyhinə səs vermək üçün qoşunlarla mübarizə aparıblar.
"Yunun hərbi vəziyyət elan etməsi konstitusiyanın açıq şəkildə pozulmasıdır", - deyə Milli Assambleyanın fövqəladə iclasından sonra qəbul edilən qətnamədə parlament çoxluğuna malik əsas müxalifət olan Demokrat Partiyası bildirib.
Qətnamədə Yunun hərəkətləri "ciddi üsyan aktı" və "impiçment üçün ideal əsaslar" kimi təsvir edilir.
Ehtimal olunur ki, müxalifət partiyaları bu təklifi dekabrın 5-də parlamentin plenar iclasında təqdim etməyi və dekabrın 6-7-də səsverməyə çıxarmağı planlaşdırırlar.
Rəylər