Cənubi Koreyanın yeni seçilmiş Prezidenti Li Çje Myon andiçmə mərasimində Şimali Koreya (KXDR) ilə münasibətlər qurmağa hazır olduğunu bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
"Biz Şimali Koreya ilə ünsiyyətə açıq olacağıq, biz Koreya yarımadasında sülh quracağıq. Bununla bərabər, ABŞ ilə yaratdığımız hərbi ittifaqa arxalanaraq şimaldan gələn hərbi təxribatlara və nüvə təhlükəsinə hazırlıq", - deyə Li Çje Myon vurğulayıb.