Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə Qaradağ rayonunun Ələt qəsəbəsində baş verib.
Elnur Rafiq oğlu Yüzbaşov VAZ-2107 markalı avtomobillə qəsəbə ərazisində hərəkətdə olarkən idarəetməni itirərək nəqliyyat vasitəsini yolun kənarındakı daş hasara və elektrik dirəyinə çırpıb.
Sürücü xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Samir Əli