Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Cənubi Koreyaya məxsus kimyəvi maddələr daşıyan tanker Yaponiya sahillərində çevrilib
Cənubi Koreyanın kimyəvi maddələr daşıyan tankeri Yaponiyanın Yamaquti prefekturasının yaxınlığında çevrilib.
Məlumata görə, əvvəlcə Simonoseki şəhəri sahillərində lövbər salan gəmidən onun əyilməsi barədə xəbər gəlib. Bir müddət sonra gəmi çevrilib.
Yaponiya Sahil Mühafizəsi Cənubi Koreyaya məxsus tankerin 11 ekipaj üzvündən dördünü xilas edib. Xilasedicilər hamısı xarici vətəndaş olan dənizçilərin axtarışlarını davam etdirirlər. Yenilənmiş məlumatlara görə, onların arasında səkkiz İndoneziya, iki Cənubi Koreya və bir Çin vətəndaşı var.
Mənbə: Gazeta.ru
Ən çox oxunanlar
Rəylər