Çinin "Pinpin" və "Fuşuan" adlı pandaları ABŞ-yə yola salınıblar.
Oxu.Az bu barədə Çin Mərkəzi Televiziyasına istinadən xəbər verir.
Qeyd olunur ki, heyvanlar növbəti 10 ilini keçirəcəkləri Corciya ştatının Atlanta şəhərinin zooparkına təhvil veriliblər.
Qeyd edək ki, "Pinpin" və "Fuşuan" dişi və erkək pandalardır, onlar 2020-ci ildə - müvafiq olaraq martın 17-si və oktyabrın 18-də doğulublar.
Xatırladaq ki, Çin Sədri Si Cinpin Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlardan əvvəl iki pandanın Atlanta zooparkına göndəriləcəyini bəyan etmişdi.