Luka Modriç futbol üzrə Xorvatiya millisinin tarixində ən yaşlı qol müəllifi olub.
Oxu.Az Sport24.ru-ya istinadən xəbər verir ki, bu əlamətdar hadisə Xorvatiya millisinin səfərdə Çexiya yığması ilə qarşılaşdığı matça (1:2) təsadüf edib.
Xorvatiya millisinin qollarından birinin müəllifi komandanın yarımmüdafiəçisi və kapitanı Luka Modriç olub.
Bu dəqiq zərbə yarımmüdafiəçi üçün yığmadakı karyerasında 30-cu qol olub. Bününla yanaşı, 41 yaş 17 günlüyündə fərqlənən Modriç Xorvatiya millisinin tarixində ən yaşlı qol müəllifi olub. Əvvəlki rekord da elə onun özünə məxsus idi - o, 2026-cı il iyunun 7-də Sloveniya seçməsinin qapısına yol tapmışdı.