UEFA Millətlər Liqasının I turunda (A Liqası) Çexiya və Xorvatiya yığmaları qarşılaşıblar. Komandalar Çexiyanın paytaxtı Praqadakı "Fortuna Arena" stadionunda üz-üzə gəliblər. Görüşün baş hakimi italiyalı Simone Sotsa olub.
Oxu.Az xəbər verir ki, qarşılaşma qonaqların 1:2 hesablı qələbəsi ilə başa çatıb.
47-ci dəqiqədə Xorvatiya millisinin 41 yaşlı yarımmüdafiəçisi Luka Modriç hesabı açıb. Futbolçu milli komandanın heyətində keçirdiyi 203-cü matçda fərqlənib. 54-cü dəqiqədə Çexiya millisinin yarımmüdafiəçisi Adam Karabets hesabı bərabərləşdirib. 77-ci dəqiqədə yarımmüdafiəçi Marko Paşaliç Xorvatiyanın ikinci qolunu vurub. 79-cu dəqiqədə çexiyalı yarımmüdafiəçi Matey Radostanın vurduğu qol VAR-ın qərarı ilə ofsayd səbəbindən ləğv edilib.
Millətlər Liqasının A Liqasının III qrupunda yer alan digər iki komanda İspaniya və İngiltərə yığmalarıdır. Qrupda II turun oyunları sentyabrın 29-da, çərşənbə axşamı keçiriləcək. Çexiya İngiltərəni qəbul edəcək, Xorvatiya isə səfərdə İspaniya ilə qarşılaşacaq.
Günün digər qarşılaşmaları aşağıdakı nəticələrlə bitib:
A Liqası, III qrup
B Liqası, I qrup
Sloveniya - Şotlandiya - 0:0.
Şimali Makedoniya - İsveçrə - 0:3
C Liqası, I qrup
San-Marino - Finlandiya - 0:7
Albaniya - Belarus - 2:0
C Liqası, III qrup
Farer adaları - Qazaxıstan - 1:1
Slovakiya - Moldova - 2:0
C Liqası, IV qrup
Bolqarıstan - Lüksemburq - 1:2
İslandiya - Estoniya - 1:1.
Millətlər Liqasının hazırkı qalibi Portuqaliya millisidir. Ötən turnirin finalında Portuqaliya İspaniyanı penaltilər seriyasında məğlub edib - 2:2, penaltilər seriyası - 5:3. Qeyd edək ki, Portuqaliya Millətlər Liqasının ikiqat qalibidir.