UEFA Millətlər Liqasının qrup mərhələsinin I turunda (A Liqası) İngiltərə və İspaniya yığmaları qarşılaşıblar. Oyun Londondakı "Uembli" stadionunda keçirilib. Görüşün baş hakimi italiyalı Davide Massa (İmperiya, İtaliya) olub.
Oxu.Az xəbər verir ki, qarşılaşma İspaniya millisinin 2:3 hesablı səfər qələbəsi ilə başa çatıb.
Matçda hesabı ikinci dəqiqədə İspaniya millisinin vingeri Lamin Yamal açıb. İngiltərə yığmasının yarımmüdafiəçisi Entoni Qordon 36-cı dəqiqədə hesabı bərabərləşdirib. İngiltərə millisinin hücumçusu Harri Keyn 40-cı dəqiqədə meydan sahiblərini önə keçirib.
54-cü dəqiqədə Cud Bellinqemə qarşı qayda pozuntusuna görə təyin olunan penaltini Harri Keyn dəqiq yerinə yetirə bilməyib. Hücumçunun zərbəsindən sonra top tirə dəyib.
İspaniyalıların hücumçusu Aleks Baena 60-cı dəqiqədə hesabı bərabərləşdirib. 74-cü dəqiqədə isə Mikel Oyarzabal qonaqları önə keçirərək matçın yekun hesabını müəyyənləşdirib - 2:3.
Qrup mərhələsinin II turunda İngiltərə sentyabrın 29-da Çexiya ilə qarşılaşacaq. İspaniya isə həmin gün Xorvatiya ilə üz-üzə gələcək.
Günün digər qarşılaşmaları aşağıdakı nəticələrlə bitib:
A Liqası, III qrup
B Liqası, I qrup
Sloveniya - Şotlandiya - 0:0.
Şimali Makedoniya - İsveçrə - 0:3
C Liqası, I qrup
San-Marino - Finlandiya - 0:7
Albaniya - Belarus - 2:0
C Liqası, III qrup
Farer adaları - Qazaxıstan - 1:1
Slovakiya - Moldova - 2:0
C Liqası, IV qrup
Bolqarıstan - Lüksemburq - 1:2
İslandiya - Estoniya - 1:1.
Millətlər Liqasının hazırkı qalibi Portuqaliya millisidir. Ötən turnirin finalında Portuqaliya İspaniyanı penaltilər seriyasında məğlub edib - 2:2, penaltilər seriyası - 5:3. Qeyd edək ki, Portuqaliya Millətlər Liqasının ikiqat qalibidir.