Çin ilk dəfə Almaniyaya avtomobil tədarük edən ölkələr arasında birinci yeri tutub.
Oxu.Az "ITHome" nəşrinə istinadən xəbər verir ki, ilin əvvəlindən etibarən Çindən Almaniyaya avtomobil idxalı say baxımından 120% artıb.
Bu artım Çinə Çexiya və İspaniyanı geridə qoymağa imkan verib. 2026-cı ilin ilk yeddi ayı ərzində Çindən Almaniyaya ümumilikdə 175 min avtomobil gətirilib. Çexiyadan 173 min, İspaniyadan isə 157 min avtomobil idxal olunub.
Artım əsasən tədarükü müvafiq olaraq 66% və 36% artan elektromobillər və hibrid avtomobillər hesabına baş verib.
Avropanın ən böyük avtomobil bazarlarından biri olan Almaniyada ümumi avtomobil idxalı 16% artaraq 1,3 milyon ədədə çatıb. Əks istiqamətdə, yəni Almaniyadan digər ölkələrə avtomobil tədarükü isə 4% azalaraq 2 milyon ədəd təşkil edib.