Çinli fəal buddistlər kəsilməsi nəzərdə tutulan 1100-ə yaxın pişiyi satın alıblar.
Oxu.Az SCMP-yə istinadən xəbər verir ki, heyvanlar Qaundun əyalətindəki İntszuy su anbarına gətirilərək mərhəmət əlaməti olaraq, vəhşi təbiətə buraxılıb.
Lakin xoşniyyətli təşəbbüsün sonu yaxşı qurtarmayıb. Naməlum mühitə düşən pişiklərin çoxu suda boğulub. Yerli könüllülər sağ qalan heyvanları xilas etmək vəzifəsini öz üzərlərinə götürüblər.
Hadisə geniş ictimai etirazlara səbəb olub.