Çinli oftalmoloqlar cərrahi robot vasitəsilə dünyada ilk dəfə onlardan 4 200 km məsafədə olan xəstə üçün subretinal inyeksiya əməliyyatı keçiriblər.
Oxu.Az-ın məlumatına görə, bu barədə Sun Yatsen Universitetindən bildirilib.
Quançjoudan olan həkimlər Urumçidə olan xəstəni 5G əlaqəsindən istifadə edərək robotlaşdırılmış qolu idarə etməklə əməliyyat ediblər.
"Bu əməliyyat Çində uzaq məsafədən yüksək dəqiqlikli oftalmoloji cərrahiyyənin praktiki tətbiqinə doğru mühüm addımı təmsil edir", - deyə Sun Yatsen Universiteti nəzdində "Çjunşan" oftalmoloji mərkəzinin nümayəndəsi Lin Haotyan bildirib.
Robot Urumçidəki xəstənin gözünə mikroiynə daxil edib, Quançjoudakı mütəxəssislər isə uzaqdan onun hərəkətini idarə edərək mikroiynəni müəyyən edilmiş dərinliyə çatdırıb və dərmanı yeridiblər. Bütün əməliyyat yeddi dəqiqədən az çəkib.