Çinin Hunan əyalətində yaşayış binasında baş verən yanğın nəticəsində beş nəfər həlak olub, iki nəfər xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə yerli rəsmi qurumlar məlumat yayıblar.
Məlumata görə, yanğın gecə saatlarında Henyan şəhərində çoxmənzilli yaşayış binasında baş verib.
Yanğın söndürülüb, hadisə ilə bağlı araşdırmalar davam edir.
Hadisənin səbəbləri hələlik müəyyən olunmayıb.
Qaynar xətt:
(055) 224 12 12