Çinin şərqində balıqçı gəmisi batıb, 13 balıqçı itkin düşüb.
Oxu.Az Sinyuxa agentliyinə istinadən xəbər verir ki, hadisə Çjouşan şəhərindən 130 dəniz mili məsafəsində baş verib.
Hadisə zamanı 42,6 metr uzunluğu olan gəmidə 20 nəfər olub.
Yeddi balıqçı xilas edilib, digərlərinin axtarışı davam edir.
N.О.
www.oxu.az