Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Co Bayden prezidentlik yarışından çəkilir?
ABŞ Prezidenti Co Bayden həkimlər səhhətində problem olduğunu aşkar etdikləri təqdirdə prezidentlik yarışından geri çəkilə biləcəyini bildirib.
Bu barədə Oxu.Az Baydenin BET-ə müsahibəsinə istinadən bildirir.
"Mənim hansısa xəstəliyim ortaya çıxsaydı, əgər kimsə, həkimlər gəlib desəydilər ki, sizdə hansısa problem var, ancaq o zaman geri çəkilə bilərəm", - deyə o qeyd edib.
Xatırladaq ki, iyulun 13-də ABŞ-də aktivlərə sahib olan britaniyalı milyarder Riçard Brenson Co Baydeni seçkidə namizədlikdən imtina etməyə və estafeti gənc nəslə ötürməyə çağırıb.
Həmçinin, ABŞ-nin Demokrat Partiyasından olan 24 keçmiş konqresmendən ibarət qrup Baydenə məktub göndərərək ona prezident seçkisində iştirakdan imtina etməsi ilə bağlı çağırış edib.
Demokrat Partiyasının nəhəng sponsorlarından bəziləri isə prezident seçkisində Co Baydenin yerinə yeni namizəd tapılana qədər 90 milyon dollar məbləğində ianələrin köçürülməsini dayandırıblar.
"Co Bayden" teqi üzrə xəbərlər
- Baydenin işçiləri Ağ Evdən maşın-maşın məxfi sənəd çıxarırlar
- KİV: "Tramp neft və qaz hasilatına qoyulan məhdudiyyətləri aradan qaldıracaq"
- Amerikalıların yarıdan çoxu Baydeni yarıtmaz prezident hesab edir
- Bayden Ukrayna və Kaliforniyanın məhvində günahlandırıldı
- ABŞ-də iki məhbus Baydenin "əfv"ini qəbul etmədi
Rəylər