Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Azər-Türk Bank" ASC-nin əsas səhmdarı olmaq niyyətindədir.
Oxu.Az SOCAR-a istinadən xəbər verir ki, bu məsələ şirkətin Müşahidə Şurasının növbəti iclasında müzakirə edilib.
İqtisadiyyat naziri, Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda ilk olaraq "Hasilat və İşlənmə" biznes seqmenti üzrə görülmüş işlərə, əldə olunan nəticələrə və bu istiqamətdə atılacaq addımlara dair təqdimat edilib.
Daha sonra iclasda SOCAR-ın "Yeni Əməliyyat Modeli"nin icrasının hazırkı vəziyyətinə dair təqdimat dinlənilib. SOCAR-ın idarəetmə strukturunun təkmilləşdirilməsi və insan kapitalının inkişaf etdirilməsi istiqamətlərində görülən işlərin önəmi qeyd olunub.
Görüşdə "Azər-Türk Bank"ın səhmlərinin 51%-nin əldə edilməsi və bununla bağlı növbəti addımlara dair təqdimat edilib, həmçinin gündəlikdə duran digər məsələlər nəzərdən keçirilib.
"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)" teqi üzrə xəbərlər
- "SOCAR Türkiyə"nin gələn il üçün hədəfləri müzakirə edilib
- SOCAR-da "Vətəndaş cəmiyyəti təsisatları ilə işin gücləndirilməsi" mövzusunda tədbir keçirilib
- SOCAR və "MVM Group" bərpaolunan enerji sahəsində əməkdaşlığı müzakirə ediblər
- Naməlum avtomobil Bakının bir hissəsini qazsız qoydu
- Dənizdə yerləşən bir sıra istehsalat sahələrindən təxliyələr həyata keçirilib