Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
COVID-19 peyvəndinin gözlənilməz təsiri aşkar edildi
Britaniya Ürək Fondunun (BHF) Elmi Məlumatlar Mərkəzinin dəstəyi ilə Kembric, Bristol və Edinburq universitetlərinin alimləri COVID-19-a qarşı peyvəndin gözlənilməz təsirini aşkar ediblər.
Oxu.Az xəbər verir ki, "Nature Communication" jurnalında dərc olunan araşdırmaya görə, peyvəndlər infarkt və insult hallarını azaldır.
Peyvəndin ilk dozasından sonra 13-24 həftə ərzində infarkt və insult hallarının nisbətinin 10 faiz azaldığı aşkar edilib. İkinci dozadan sonra belə hallar "AstraZeneca" peyvəndindən sonra 27 faiz, "Pfizer"/"Biotech" peyvəndindən sonra isə 20 faiz azalıb. Venoz trombotik hallara dair də analoji azalma müşahidə edilib.
Bununla belə, COVID-19 vaksinləri ilə əlaqəli məsələn, mRNA vaksinlərindən sonra miokardit və perikardit, adenovirus peyvəndlərindən sonra isə trombotik trombositopeniya kimi nadir ürək-damar ağırlaşmaları aşkar edilib. Lakin peyvəndlə bağlı yeni ciddi ürək-damar ağırlaşmaları müəyyən edilməyib.
Müəlliflərin fikrincə, tədqiqatın nəticələri ürək-damar sistemi üçün COVID-19 peyvəndinin təhlükəsizliyini təsdiqləyir. Peyvəndin faydaları risklərdən qat-qat üstündür və peyvənd COVID-19-un ağır hallarının qarşısının alınması üçün mühüm vasitə olaraq qalır.
"COVID-19" teqi üzrə xəbərlər
- Feminist "Yuva" maliyyə sxemlərinin qovşağı olub: 700 minlik oyun
- ÜST Konqoda sirli xəstəliyi araşdırır: 400-dən çox yoluxma, onlarla ölüm
- COVID-19-a qarşı daha bir vaksin hazırlanıb
- Koronavirusun beyinə necə sızdığı müəyyən edildi: Türkiyəli alimdən sensasion kəşf
- ABŞ Konqresindən sensasiyalı araşdırma: COVID-19 laboratoriyadan "qaçıb" - FAKTLAR
Rəylər