Danimarkanın miqrasiya və inteqrasiya naziri İnqer Stoyberqin avtomobili miqrant qadını vurub.
Oxu.Az-ın məlumatına görə, hadisənin videosunu DR telekanalı yayıb.
Bildirilir ki, insident Stoyberqin qaçqınların saxlanılıdığı deportasiya mərkəzinə səfəri zamanı baş verib. Nazir mərkəzdə sığınacaq verilməyən miqrantlarla görüşməli idi.
Stoberq yalnız bir qaçqın ailəsi görüşüb və onun yaşayış şəraiti ilə maraqlanıb. Bu isə digər ailələrin qəzəbinə səbəb olub.
Vəziyyət gərginləşən zaman mühafizəçilər naziri avtomobilə əyləşdirib yola salıblar. Miqrantlardan biri avtomobilin qarşısını kəsib, lakin sürücü nəqliyyat vasitəsini saxlamayıb.
Yerli polisdən bildiriblər ki, hadisə zamanı avtomobillə vurulan qadın yüngül xəsarətlər alıb.
S.B.
www.oxu.az