Rusiya Dövlət Dumasına keçirilən seçkilərdə hakim “Vahid Rusiya” Partiyası qələbə qazanıb.
Oxu.Az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın baş naziri Dmitri Medvedev bəyan edib.
“Yeni Dövlət Dumasında “Vahid Rusiya” mütləq çoxluğa malik olacaq”, deyə D.Medvedev bildirib.