Qətər İranın raket hücumlarından sonra təhlükəsizlik təhdidi səviyyəsini aşağı salıb və ölkədə vəziyyət sabitləşib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ərəb ölkəsinin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
"Təhlükəsizlik təhdidi aradan qaldırılıb, vəziyyət normallaşıb", - deyə Qətər paytaxtının sakinlərinə göndərilən bildirişdə bildirilib.
Hakimiyyət orqanları sakinləri müvafiq orqanların təlimatlarına əməl etməyə çağırıb.
Qətər Müdafiə Nazirliyi daha əvvəl ölkənin raket hücumuna məruz qaldığını bildirmişdi. Nəticədə, Dohada təhlükəsizlik təhdidi səviyyəsi artırılıb və sakinlərə evdə qalmaları tövsiyə olunmuşdu.
Qətərin paytaxtı Dohada təhlükəsizliklə bağlı risk dərəcəsi yüksəldilib və vətəndaşlara yaşayış yerlərini tərk etməmək məsləhət görülüb.
Oxu.Az xəbər verir ki, bu barədə TASS ölkənin Daxili İşlər Nazirliyi tərəfindən göndərilən rəsmi bildirişə istinadən məlumat yayıb.
"Təhlükə dərəcəsi artırılıb. Bütün sakinlərə evlərində qalmaları, pəncərə kənarlarından və açıq sahələrdən uzaq durmaları tövsiyə edilir", - deyə məlumatda bildirilib.