ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpinin qarşılanması zamanı təqribən 60 ildir ki, əməl olunan protokolu pozacaq.
Bu barədə Oxu.Az "Financial Times" nəşrinə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, Tramp Çin rəhbərini "Endryus" aviabazasında şəxsən özü qarşılayacaq.
Bildirilir ki, sonuncu dəfə belə hadisə 1962-ci ildə baş verib. O zaman Con Kennedi Böyük Britaniyanın Baş naziri Harold Makmillanı uçuş-enmə zolağında qarşılayıb. Qəzet vurğulayır ki, bu addım iki ölkə liderləri arasındakı münasibətlərdə tarixi an olmaqla yanaşı, Çin sədrinə göstərilən böyük hörmətin göstəricisidir.
Qeyd edək ki, Si Cinpin sentyabrın 23-dən 25-dək ABŞ-də səfərdə olacaq. Məlumata görə, Vaşinqton və Pekin süni intellekt sahəsində əməkdaşlığı və ticarət əlaqələrinin genişləndirilməsi məsələlərini müzakirə etməyi planlaşdırır.