"Radikal solçular və demokratlar İrana qarşı müharibəni nə qədər uğurla idarə etdiyimizi və bunun həmin ölkənin tam hərbi məğlubiyyətinə səbəb olduğunu anlayırlar".
Oxu.Az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
"Barak Obama yalnız onlara milyardlarla dollar həcmində nağd vəsait ötürməklə məşğul idi. O, dünyanın bir nömrəli terror himayədarı hesab etdiyi İranın qarşısını almaq üçün həmin dövrdə mövcud olan hərbi imkanlarımızdan istifadə etmirdi.
Onların (İrandakıların) ona qətiyyən hörməti yox idi. Onlar Barak Obamanı da "mürgüləyən" Co Bayden kimi zəif və bacarıqsız lider hesab edirdilər və bu düşüncələrində tamamilə haqlı idilər.
Mən hakimiyyətə gələnə qədər İran 47 il ərzində heç bir cəza almadan "qətllər" törədirdi. Mən gəldikdən sonra isə hər şey dəyişdi. AMERİKA GERİ QAYITDI!!!", - deyə Donald Tramp yazıb.