ABŞ ordusunun 250 illiyi və ABŞ Prezidenti Donald Trampın doğum gününün qeyd edilməsi ilə bağlı eyni gündə - iyunun 14-də keçiriləcək hərbi paradın dəyəri 25-45 milyon dollar təşkil edəcək.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Reuters" nəşri məlumat verib.
Məlumata görə, bu məbləğə tankların küçələrdən keçməsindən sonra yolların təmiri və zibillərin təmizlənməsi xərcləri daxil deyil.
Bildirilib ki, paradda ABŞ ordusunun 6 600 əsgəri, 50 təyyarə, həmçinin 150 quru texnikası iştirak edəcək. Həmin gün - 2025-ci il iyunun 14-də Trampın 79 yaşı tamam olacaq.
Həmçinin planlaşdırılan tədbirdə 20-yə yaxın "M1 Abrams" tankının iştirak edəcəyi də qeyd olunur.