Rusiya Dövlət Dumasının Bədən tərbiyəsi, idman və gənclərlə iş üzrə komitəsinin rəhbəri Dmitri Svişev “Avro-2016”-nı tərk edən Rusiyanın futbol üzrə yığmasını buraxmağı təklif edib.
Oxu.Az xəbər verir ki, onun sözlərini “R-Sport” sitat gətirib.
“Hər şey gözlənilən idi. Sadəcə, hamı möcüzəyə inanırdı, möcüzə isə olmadı. Görünür, möcüzə yoxdur. Hər şey məntiqi sona gəlib çatdı – biz evə gedirik. Deyiləsi söz yoxdur. Hər şeyi əsaslı şəkildə dəyişmək lazımdır. Hamını buraxıb və hər şeyi təzə səhifədən başlamaq lazımdır. Hesabat verməyin mənası yoxdur”, - Svişev bəyan edib.
İyunun 20-də Rusiyanın futbol üzrə yığması Tuluzada Uelsə 0:3 hesabı ilə məğlub olub və bir xal ilə B qrupunda son pillədə qalıb. Bununla da “Avro-2016”-nı tərk edib. Uelslilər altı xal yığaraq birinci olublar, ikinci yerdə ingilislər (5 xal), üçüncü yerdə isə slovaklardır (4 xal).