Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Durov valideynlik hüququndan məhrum edilib
İsveçrədə məhkəmə "Telegram"ın təsisçisi Pavel Durovu valideynlik hüququndan məhrum etmək barədə qərar qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə Durovun keçmiş həyat yoldaşı İrina Bolqar "Instagram" hesabında paylaşım edib.
"Uşaqların və böyüklərin müdafiəsi üzrə tribunal tərəfindən araşdırma aparılıb və nəticədə Durovu üç övladımızla bağlı valideynlik hüquqlarından məhrum etmək qərarına gəlib", - deyə o bildirib.
Bolqarın sözlərinə görə, qəyyumluq orqanının nümayəndələri dəfələrlə iş adamı ilə əlaqə saxlamağa çalışsalar da, o cavab verməyib.
Qadının sözlərinə görə, Durov onu BƏƏ-yə köçməyə məcbur edib və bundan sonra İrina Bolqar iş adamının valideynlik hüququndan məhrum olunması ilə bağlı məhkəməyə üz tutub.
Qadın qeyd edib ki, Durov həmçinin bank kartlarına girişi bloklayıb, hesabları ödəməyi dayandırıb və şəxsi əlaqələri kəsib.
Durov özü Bolqarın uşaqlarının atası olması ilə bağlı məlumatı təsdiqləməyib. Eyni zamanda, o, yüzdən çox bioloji övladının olduğunu bildirib.
Rəylər