Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Düyü almıram" dedi, ölkə qarışdı - Yaponiyada nazir qalmaqalı
Yaponiyada kənd təsərrüfatı naziri Taku Etonun səhlənkar bəyanatı ölkədə böyük narazılığa səbəb olub. O, düyünü heç vaxt almadığını və onu daim hədiyyə olaraq qəbul etdiyini açıqlayaraq, kəskin qiymət artımının narahat etdiyi ictimaiyyətdə qəzəb doğurub.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə RT xəbər yayıb.
"Bu sahəyə görə məsuliyyət daşıyıram, amma düyünü heç vaxt almamışam. Məni dəstəkləyənlər daim göndərirlər, hətta o qədər çox olur ki, bəzən satmaq lazım gəlir", - deyə nazir bildirib.
Onun bu sözləri sıravi vətəndaşların gündəlik çətinliklərinə tam etinasızlıq kimi qiymətləndirilib.
Nazir bu bəyanatı, xüsusilə də düyü qiymətlərinin son bir ildə ikiqat artdığı, ailə büdcələrinə ciddi təsir göstərdiyi bir vaxtda səsləndirib.
Qeyd edək ki, Yaponiyada düyü ölkənin kulinariya və mədəni irsinin əsasını təşkil edir.
Qalmaqal hökumətin baş katibi Yosimasa Hayasinin mətbuat konfransında məsələyə münasibət bildirməsi ilə daha da dərinləşib. Nazirə yönəlmiş sual qarşısında Hayasi təxminən 90 saniyə ərzində susaraq, köməkçilərindən məsləhət gözləyib. Nəhayət, məlumat çatışmazlığını əsas gətirərək açıqlama verməkdən imtina edib. Bu passiv reaksiya isə cəmiyyətdəki narazılığı daha da artırıb və sosial şəbəkələrdə tənqidlərin selinə yol açıb.
"Yaponiya" teqi üzrə xəbərlər
- Yaponiyada su elektrik stansiyasının ərazisində tuneldə partlayış olub
- Tokioda ata oğlunun necə sevimli olduğunu göstərməkdən ötrü 700 min dollar xərcləyib
- Yaponiyadakı ABŞ hərbi bazasında partlayış baş verib
- Yaponiya ordusu min kilometrdən çox məsafədə hədəfləri vura bilən raket nümayiş etdirib
- Yaponiyada düyü qıtlığı mağazalarda uzun növbələr yaratdı